Modern.az

Dünyanın ən isti ili AÇIQLANIB

Dünyanın ən isti ili AÇIQLANIB

Aktual

12 May 2022, 16:53

Ölkə ərazisində orta çoxillik temperatur  normaya nisbətən  +1.10C  artsa da, ən çox temperatur artımı >1000 м yüksəklikdə müşahidə edilir.

 

Modern.az xəbər verir ki, bu barədə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu  “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsinin müdiri, professor Rza Mahmudovun Slovak beynəlxalq elmi jurnalda nəşr edilən “Regional climatic changes in Azerbaijans and its impact on hydro meteorological conditions” (Azərbaycanda regional iqlim dəyişmələri və onun çayların rejiminə təsiri) məqaləsində bildirib.

 

Akademik qeyd edib ki, dünyada ən isti il kimi qəbul edilən 2018-ci ildə Azərbaycanda temperatur artımı +1.80C,  >1000 м  yüksəklikdə +2.30C təşkil edib.

 

Məqalədə real hidrometeoroloji müşahidə məlumatlarına əsasən Azərbaycanda regional iqlim dəyişmələrinin, xüsusən temperatur və yağıntı göstəricilərinin çoxillik normaya nisbətən müxtəlif regionlar, müxtəlif intervallar üzrə dəyişmə tendensiyası araşdırılıb və onların xəritələri verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı