Modern.az

Putin Almaniya kansleri ilə Ukraynadan danışdı

Putin Almaniya kansleri ilə Ukraynadan danışdı

Aktual

13 May 2022, 14:31

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolsla telefon danışığı aparıb.

Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, Putin və Şols Ukraynadakı vəziyyəti müzakirə edib.

Tərəflər humanitar məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Vladimir Putin Olaf Şolsa Rusiyanın Ukraynadakı hərbi əməliyyatının məntiqini və əsas vəzifələrini ətraflı izah edib, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərdən danışıb.

 

"Vladimir Putin Donbas xalq respublikalarının mühafizəsi üzrə xüsusi hərbi əməliyyatın məntiqini və əsas vəzifələrini ətraflı şəkildə açıqladı, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışdı”, - Kremlin məlumatında deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı