Modern.az

Azərbaycana qarşı qarayaxma kampaniyaları davam edir

Azərbaycana qarşı qarayaxma kampaniyaları davam edir

Актуально

14 May 2022, 13:35

"Ölkələrimizə qarşı qarayaxma, saxta xəbər kampaniyaları bu gün də davam etməkdədir".

 

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısında deyib.

 

H.Hacıyev bildirib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən bu hücumlara məruz qalıb:

 

"Xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsində psixoloji müharibənin bütün elementləri ilə üz-üzə gəldik. Diplomatlarımızın, siyasətçilərimizin bir cəbhədə çalışdığı kimi, Azərbaycan və Türkiyə mediasının da birgə çalışması nəticəsində haqq-ədaləti dünyaya çatdırmış olduq".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı