ABŞ-ın Texas ştatının Yuvald şəhərində orta məktəbdə baş vermiş atışma nəticəsidə 19 şagird və 3 müəllim həlak olub.
Modern.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Bildirilib ki, məktəbdə atışmanı yerli sakin, 18 yaşlı Salvador Romas törədib. Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Hadisənin başvermə səbəbləri və digər yaralıların vəziyyəti açıqlanmayıb.