Mayın 24-də saat 20 radələrində Abşeron rayonunun Fatmayı kəndi ərazisində Oğuz rayon sakini Ramin Səmədovun idarə etdiyi “VAZ-21154” və kənd sakini R.Salayevin idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə hər iki sürücü xəsarətlə xəstəxanaya yerləşdirilib, R.Səmədov orada ölüb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.