Modern.az

Kiyev yenidən bombalandı

Kiyev yenidən bombalandı

Aktual

5 İyun 2022, 09:29

İyunun 5-də səhər saatlarında Kiyevdə bir neçə güclü partlayış baş verib.

 

Modern.az xəbər verir ki, Kiyev şəhər meri Vitali Kliçko paytaxtın raket hücumuna məruz qaldığını açıqlayıb.

 

Onun sözlərinə görə, partlayışlar Kiyevin Darnitski və Dneprovski rayonlarında baş verib.

 

İlkin məlumata əsasən, infrastrukturun partlaması nəticəsində bir nəfər xəsarət alıb. Həmin şəxs artıq xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasetmə işləri aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı