Modern.az

Nazarbayev və Tokayev səs verdilər

Nazarbayev və Tokayev səs verdilər

Aktual

5 İyun 2022, 12:20

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev və hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumda səs veriblər.

 

Modern.az xəbər verir ki, N. Nazarbayevin mətbuat katibi Aidos Ukibay Tviterdə eks-prezidentin seçki qutusunun yanında çəkilmiş şəklini paylaşıb.

 

“Nursultan Nazarbayev ümumxalq referendumunda Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məsələsinə səs verib”, - o yazıb.

 

Tokayev öz seçimini Nur-Sultan şəhərində, yeni Məktəblilər Sarayında yerləşən 59 saylı seçki məntəqəsində edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı