Modern.az

Şagirdlərin düşdüyü qəzanın səbəbi məlum oldu

Şagirdlərin düşdüyü qəzanın səbəbi məlum oldu

Aktual

5 İyun 2022, 19:22

Daxili İşlər Nazirliyi (DİN) Şəkidə baş vermiş yol qəzası barədə məlumat yayıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, bu gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində Ağdam rayon sakini Elya Əhmədovun idarə etdiyi “ISUZU” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.


Hadisə yerinə dərhal polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardımın həkim briqadaları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.


Hazırda faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

 

Qeyd edək ki, bu gün Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusu dərəyə aşıb. Qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfər olub. Onlardan 16 nəfərin şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilib. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı