Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bir qrup xarici diplomatla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə XİN-in sözçüsü tviter hesabında yazıb.
“Əcnəbi diplomatlar üçün təkmilləşmiş xarici xidmət proqramında (AFSP 2022) iştirak edən bir qrup xarici diplomatla görüşməkdən çox məmnunam. Təlimin birgə təşkilinə görə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi və ADA Universitetinə, həmçinin fəal iştiraklarına görə xarici diplomatlara təşəkkür edirəm”, - XİN rəsmisi qeyd edib.