Modern.az

Məktəbdən oğurluq edildi 

Məktəbdən oğurluq edildi 

Актуально

10 İyun 2022, 10:36

Bakıda məktəbdən, idman zalından və evdən oğurluq edən şəxs tutulub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsində yerləşən tam orta məktəblərin birindən 2 ədəd noutbuk, 2 ədəd monitor və 2 ədəd lobzikin, bir idman zalından 800 manat pul, noutbuk, qol saatı, skaner və “DVR”, inşa olunan bir evdən isə 1000 manat dəyərində 3 ədəd laqunda və 2 ədəd drilin oğurlanması barədə müraciətlər daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.İsmayılov müəyyən edilərək saxlanılıb.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı