Müxalifətin Müqavimət hərəkatının koordinatoru İşxan Saqatelyanın əldə etdiyi nəticələr iyunun 14-də keçiriləcək mitinqdə açıqlanacaq.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın eks-prezidenti Serj Sarkisyan deyib.
"Əlbəttə, arzu olunan nəticələr olacaq. Ayın 14-də siz İşxan Saqatelyanın bu barədə nə deyəcəyini eşidəcəksiniz", - Sarkisyan bildirib.
Müxalifət iyunun 14-də İrəvanın Fransa meydanında saat 19:30-da keçiriləcək növbəti mitinqini elan edib.