Modern.az

Millimiz Norveçə məğlub oldu

Millimiz Norveçə məğlub oldu

Güncel

14 İyun 2022, 22:44

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

 

Modern.az xəbər verir ki, səfərdə keçirilən Norveç - Azərbaycan qarşılaşması 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

 

Millimizin heyətində 65-ci dəqiqədə İldar Ələkpərov fərqlənib.

 

Yığmamız qrup mərhələsini 7 xalla beşinci pillədə başa vurub. Turnir cədvəlinə 24 xalla Norveç millisi başçılıq edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı