Ukrayna Prezidenti Volodimir Zelenski aktiv döyüşlərin getdiyi Luqansk vilayətinin Lisiçansk şəhərinə gizli səfər edib. Səfərin bu yaxınlarda baş tutduğu bildirilir.
Modern.az xəbər verir ki, bu barədə “Xalqın qulluqçusu” partiyasını təmsil edən deputat Maryana Bezuqlaya sosial şəbəkə hesabında yazıb.
“Zelenski Lisiçanskda. Bu yaxınlarda. O, gizli şəkildə, atəş altında dəstəkləmək və hər şeyi öz gözləri ilə görmək üçün gəldi. O, bizimlə idi”, - deputat qeyd edib. Lakin o səfərlə bağlı əlavə məlumat verməyib.