İngiltərənin Şimali Yorkşir vilayətində helikopter qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib.
Lancaşayr və Cumbria sərhədi yaxınlığında baş verən qəzanın səbəbi hələlik məlum deyil. Hava Qəzalarının Təhqiqat Bölməsi hadisə ilə bağlı araşdırmalara başlayıb.