Modern.az

1 tondan çox narkotik yandırıldı

1 tondan çox narkotik yandırıldı

Aktual

21 İyun 2022, 11:54

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Pirəzə kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, ümumi çəkisi 1 ton 240 kiloqram olan 778 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı