Modern.az

“Qarabağ”ın Polşaya səfər proqramı

“Qarabağ”ın Polşaya səfər proqramı

Aktual

1 İyul 2022, 13:09

Ağdamın “Qarabağ” futbol klubunun “Lex” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu üçün Polşaya səfər proqramı bəlli olub.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi Poznana matçdan 2 gün əvvəl - iyulun 3-də hazırda təlim-məşq toplanışında olduqları Avstriyadan birbaşa yollanacaq. Bir gün sonra klubun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Ardınca isə komanda matçın baş tutacağı "Poznan" stadionunda oyun öncəsi son məşqinə çıxacaq.

 

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə iyulun 12-də Bakıda olacaq və saat 20:00-da start götürəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı