Modern.az

Kəlbəcərdə minaya düşən komandirin FOTOLARI

Kəlbəcərdə minaya düşən komandirin FOTOLARI

Aktual

26 İyul 2022, 21:23

Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarov minaya düşüb.

 

Modern.az xəbər verir ki, Vüqar İsbəndiyarov Cəmilli kəndində minaya düşərək ağır xəsarətlər alıb.

 

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda cinayət işi açılıb.

 

Müdafiə Nazirliyi hadisə nəticəsində İsbəndiyarovla yanaşı, daha bir neçə hərbçinin yaralanması barədə xəbərləri təkzib edib. Bildirilib ki, Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Qeyd edək ki, hərbi hissə komandiri Vüqar İsbəndiyarov əslən Cəbrayıl rayonundandır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı