Modern.az

Lerikdə fermerlərlə görüş keçirilib - FOTOLAR

Lerikdə fermerlərlə görüş keçirilib - FOTOLAR

Aktual

30 İyul 2022, 13:00

Lerik rayonunun Kəlvəz kəndində kartof əkini ilə məşğul olan fermerlərlə görüş keçirilib.

 

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev, Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri və fermerlər iştirak edib. 

 

Görüş çərçivəsində kartof sahələrinə baxış keçirilib, fermerlərə kartofun becərilməsi, düzgün aqrotexniki qulluq qaydaları ilə bağlı tövsiyələr verilib. Eyni zamanda, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun mütəxəssisləri kartof sahələrindən genefond üçün qədim yerli kartof sort nümunələri götürüb. Məqsəd bu sortlar üzərində yenidən tədqiqatlar aparmaqla keyfiyyət göstəricilərini daha da yaxşılaşdırmaq, milli genefondu qoruyub saxlamaq, məhsuldar sortları yenidən fermerlərə təqdim etməkdir.

 

Görüşdə gələcəkdə Lerik rayonunda  yerli kartof toxumçuluğu sisteminin yaradılması ilə bağlı müzakirələr aparılıb, bu istiqamətdə görüləcək işlərə müvafiq dəstək göstəriləcəyini vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı