Modern.az

30 cinayətin üstü illər sonra AÇILDI

30 cinayətin üstü illər sonra AÇILDI

مورد توجه

2 Avqust 2022, 09:52

 Avqustun 1-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 39-nun, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 30-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı