Modern.az

Azərbaycandan Özbəkistan və Türkiyəyə TƏŞƏKKÜR

Azərbaycandan Özbəkistan və Türkiyəyə TƏŞƏKKÜR

Aktual

2 Avqust 2022, 13:08

“Azərbaycan Özbəkistan və Türkiyəyə ərazilərin azad edilməsindən sonra Qarabağ bölgəsinin bərpasında göstərdikləri dəstəyə görə təşəkkür edib”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatının ilk iclasının yekunları üzrə türkiyəli və özbəkistanlı həmkarları - Mövlud Çavuşoğlu və Vladimir Norovla birgə mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, görüş zamanı həmkarlarını regiondakı postmünaqişə dövrü ilə bağlı vəziyyət, o cümlədən Azərbaycanın sülh istiqamətində səyləri barədə məlumatlandırıb.

 

XİN başçısı xatırladıb ki, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır.

 

C.Bayramovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə həyatın qaytarılması, nəqliyyat dəhlizlərinin, eləcə də Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək.

 

Qeyd edək ki, bu gün Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı