Modern.az

Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

Актуально

3 Avqust 2022, 09:40

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

 

İdarədən Modern.az-a daxil olan müraciətdə deyilir:

 

"Əziz sürücülər,

 

İdarə etdiyiniz nəqliyyat vasitəsi ilə yollarda xüsusi texniki vasitələrə yaxınlaşdıqda sürəti azaldıb, daha sonra yenidən sürət rejiminə əməl etməməklə siz öz həyatınızı riskə atmış olursunuz. Unutmayın, nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək ağır qəza ehtimalının və ölümlə nəticələnən qəza hallarının artmasına səbəb olur. Məsələn orta sürətin hər 1 km/saat artması ölümcül xəsarətləri 4 faiz, ciddi xəsarətləri isə 3 faiz artırır.

 

Gəlin, yol-hərəkəti qaydalarına riayət etməklə özümüzün və digər yol hərəkəti iştirakçılarının həyatlarına dəyər verək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı