Modern.az

Azərbaycan inteqrasiya prosesini diqqətlə izləyir - Mişustin

Azərbaycan inteqrasiya prosesini diqqətlə izləyir - Mişustin

Актуально

25 Avqust 2022, 22:22

“Azərbaycan Avrasiya məkanında gedən inteqrasiya proseslərini diqqətlə izləyir. Bu, çox yaxşıdır”.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.

 

“Çox gözəldir ki, Azərbaycan inteqrasiya proseslərini diqqətlə izləyir. Biz Avrasiya İqtisadi İttifaqının inteqrasiya məkanında işlədiyimiz sahələrin bütün spektrini hörmətlə göstərəcəyik”, - deyə Baş nazir bildirib.

 

Mişustin Ə.Əsədovla görüşünün ilk dəfə Avrasiya Hökumətlərarası Şurasının iclasına təsadüf etdiyini qeyd edib.

 

Azərbaycanın Baş naziri Rusiya Federasiyası Hökumətinin sədrinə təşəkkür edib: “Sizə şəxsən təşəkkür edirəm, uzun müddətdir ki, siz Azərbaycanın bu görüşlərdə iştirak etməsi üçün hər zaman səy göstərmisiniz. Buna görə Sizə səmimi qəlbdən minnətdaram”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı