Modern.az

Göyçay sakinlərinin problemləri dinlənildi

Göyçay sakinlərinin problemləri dinlənildi

Güncel

26 Avqust 2022, 14:48

“Azəriqaz” İB-nin səyyar qəbul otağı növbəti dəfə Göyçay rayonunda qurulub.

 

“Azəriqaz” İB-dən Modern.az-a bildirilib ki, aksiyada rayon və ətraf kəndlərdən üz tutan 10-dək sakinin müraciəti dinlənilib. Kürdşaban kənd sakini, Çayarxı kənd sakini, müharibə iştirakçısı, 2-ci Ərəbcəbirli kənd sakini, müharibə iştirakçısı “Azəriqaz”da müvafiq işlə təmin olunmaları ilə bağlı müraciət ediblər. Çərəkə kənd sakini bəzi hallarda təbii qaz təzyiqinin aşağı olduğunu bildirib.

 

Bundan əlavə görüş zamanı əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacının sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı ilə əvəzlənməsinə dair müraciətlər də daxil olub.

 

Ünvanlanan suallarla bağlı Birliyin Ağsu Regional Qaz İstismar İdarəsinin məsul şəxsləri vətəndaşlara lazımi izahatlar verərək daxil olan müraciətlərin Birlik rəhbərliyinə çatdırılacağını qeyd ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı