Modern.az

Son sutkada 3 nəfər koronavirusdan ÖLÜB

Son sutkada 3 nəfər koronavirusdan ÖLÜB

مورد توجه

4 Sentyabr 2022, 16:37

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 476 yeni yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 3 nəfər dünyasını dəyişib.

 

Azərbaycanda indiyədək ümumilikdə 815 523 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 802 256 nəfər müalicə olunaraq sağalıb, 9825 nəfər vəfat edib, aktiv xəstə sayı 3442 nəfərdir.

 

Son sutka ərzində 3503, hazırkı dövrədək isə 7 170 036 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı