Modern.az

Güləşçimiz dünya çempionu oldu 

Güləşçimiz dünya çempionu oldu 

Current

4 Sentyabr 2022, 21:39

Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsinə yekun vurulub.

 

Modern.az xəbər verir ki, seriyanın sonuncu mərhələsində Azərbaycan millisinin üzvü fəxri kürsüyə qalxıb.

 

Belə ki, İbrahim Yusubov (90 kq) qızıl, Ramiz Həsənov (70 kq) və Fərid Cabbarov (90 kq) isə gümüş medal qazanıb.

 

Dünya Seriyasının 5 mərhələsinin yekununda toplanan xallara əsasən, böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionatının medalçıları müəyyənləşib. İbrahim Yusubov 90 kq-da ən çox xal toplayan güləşçi kimi dünya çempionu tituluna sahib çıxıb.

 

Ramiz Həsənov (70 kq) və Omid Kamaliaqdam (80 kq) isə öz çəkilərində gümüş medal qazanıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı