Azərbaycan Silahlı Qüvvələri erməni təxribatına tutarlı cavab verəndə Nikol Paşinyan hər dəfə gah Putinə, gah da Makrona zəng edərək dəstək axtarır. Bu isə Ermənistanda dövlətin oturuşmadığını, başqa ölkələrdən asılı olduğunu göstərir.
Modern.az xəbər verir ki, bunu türkiyəli jurnalist Ceyhun Bozkurt Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlarını şərh edərkən deyib.
C.Bozkurt vurğulayıb ki, Azərbaycan Qarabağ müharibəsindən sonra Ermənistana şans verib, normallaşma prosesinə qədəm qoyulub. Amma Ermənistan bunu dəyərləndirmək istəmir.
"Ermənistan diasporun təsirindən çıxa bilmir. Ona görə də bu cür təxribatlara əl atır. Ancaq Azərbaycan bu təxribata tutarlı cavabı ilə qətiyyətli mövqe nümayiş etdirir", - türkiyəli jurnalist bildirib.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.