Modern.az

Polis birinci sinif şagirdini döyüb? - AÇIQLAMA

Polis birinci sinif şagirdini döyüb? - AÇIQLAMA

Aktual

21 Sentyabr 2022, 17:40

Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə Reginal qrupundan verilən məlumat verilib.

 

Rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib. 


Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı