Modern.az

İranın Yunanıstandakı səfirliyinə hücum edilib

İranın Yunanıstandakı səfirliyinə hücum edilib

Aktual

25 Sentyabr 2022, 17:51

Naməlum şəxslər İranın Afinadakı səfirliyinin binasında "molotov kokteyli" atıblar.

 

Modern.az xəbər verir ki, bu barədə bazar günü Afina polisi məlumat yayıb.

 

Bildirilib ki, insident nəticəsində heç kim xəsarət almayıb və inzibati binaya ziyan dəyməyib.

 

Yunanıstan polisinin məlumatına görə, üzləri örtülmüş iki nəfər motosikletlə İran səfirliyinə yaxınlaşaraq, səfirlik binasının divarına “molotov kokteyli” atıb.

 

Hücuma görə hələlik heç kim məsuliyyəti üzərinə götürməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı