İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Salami Zahidandakı hadisələrdən sonra terrorçulardan amansız qisas alınacağını bəyan edib.
Modern.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
“General and içib ki, SEPAH və Bəsic şəhidlərinin, Zahidanda “Qara cümə” cinayətinin qurbanı olmuş insanların qanlarına görə terrorçulardan qisas alacaqlar”, - məlumatda deyilir.
Qeyd edək ki, İranın Sistan və Bəlucistan əyalətinin Zahidanda yerləşən hərbi bazasında baş vermiş terror aktı nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.