Modern.az

Gəncə Dövlət Universitetində seminar keçirilib

Gəncə Dövlət Universitetində seminar keçirilib

Aktual

12 Oktyabr 2022, 11:28

Gənclərin İnkişafı və Karyera Mərkəzinin Gəncə nümayəndəliyi və “Barattson” Təhsil Mərkəzinin birgə təşkilatçılığı, Gəncə Dövlət Universitetinin dəstəyi ilə “İELTS” master-klası və xaricdə təhsil seminarı keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, “Barattson” Təhsil Mərkəzinin əməkdaşları Şahmar Həsənbəyli, Ülviyyə Əsgərzadə və xaricdə təhsil üzrə ekspert İsmayıl Qədimli iştirak ediblər.

 

Gəncə Dövlət Universitetinin Humanitar məsələr üzrə prorektoru Gülsüm Fətəliyeva tədbir haqqında qısa məlumat verərək gənclərin şəxsi və peşəkar sahədə inkişafına təkan verən “İELTS” layihəsindən bəhrələnməyi tövsiyyə etmiş, tələbələrə imtahan sertifikatını əldə etmələri arzulayıb.

 

Tədbirdə qeyd edilib ki, “İELTS” Beynəlxalq İngilis Dili İmtahanıdır, ana dili ingilis dili olmayan tələbələrdən xarici universitetlərə qəbul olmaq üçün tələb olunan imtahan nəticəsidir. İngilis dili səviyyəsini ölçən bu test dünyada minlərlə universitet və təhsil qurumları tərəfindən tanınır.

 

Tədbirin davamında gəncləri maraqlandıran suallar cavablandırlıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı