Modern.az

Son sutkanın kriminal XRONİKASI

Son sutkanın kriminal XRONİKASI

Aktual

14 Oktyabr 2022, 09:32

Oktyabrın  13-də ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    

 

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı