Modern.az

“Qarabağ” ən uğurlu səfər seriyasına imza atdı

“Qarabağ” ən uğurlu səfər seriyasına imza atdı

Aktual

31 Oktyabr 2022, 10:20

“Qarabağ” Azərbaycan Premyer Liqasında tarixinin ən uğurlu səfər seriyasına imza atıb.

 

Modern.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna XII turda "Şamaxı"nı 4:0 hesabı ilə məğlub etməklə nail olub.

 

Ölkə çempionu ardıcıl 10-cu səfər qələbəsini qazanıb.

 

Cari mövsümdə xal itirməyən Ağdam klubu rəqib meydanında 5 oyun keçirib. Şamaxıdakı matçadək “Qarabağ” səfərdə “Sumqayıt”ı 2:0, “Kəpəz”i 1:0, “Zirə”ni 7:1, “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.

 

"Köhlən atlar" ötən çempionatın son beş səfərində də xal itkisi ilə üzləşməyib. Fevralın 28-də “Keşlə” (indiki “Şamaxı”) ilə qolsuz heç-heçə edən ağdamlılar ardınca “Sabah”ı 1:0, “Zirə” və “Sumqayıt”ı eyni – 3:0, “Qəbələ”ni 2:0, “Səbail”i 3:0 hesabı ilə yenib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı