Modern.az

Bakıda banka saxta dollar verən əcnəbilər saxlanıldı

Bakıda banka saxta dollar verən əcnəbilər saxlanıldı

Aktual

17 Fevral 2023, 10:58

Fevralın 16-da saat 14 radələrində Yasamal rayonu ərazisində yerləşən bankların birinə 12 ədəd 50 dollarlıq saxta əskinas verən 2 əcnəbi vətəndaş orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 26-cı Polis Bölməsinə təhvil verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı