Modern.az

Şeyx Portuqaliyaya gedir

Şeyx Portuqaliyaya gedir

Aktual

17 Fevral 2023, 11:20

18 fevral tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının 28-ci sessiyasında iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabon şəhərinə səfərə yola düşür.

 

QMİ-nin Mətbuat Xidmətindən Modern.az-a verilən xəbərə görə, sessiya qurumun mənzil-qərargahının yerləşdiyi Lissabon şəhərində fevralın 20-də keçiriləcək. Mərkəzin Katibliyinin yeni rəhbərliyinin iştirakı ilə keçirilən sessiya uzun müddət videokonfrans formatından sonra ilk dəfə əyani baş tutacaq.

 

KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə sessiyada əsas məruzəçi qismində çıxış edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı