Modern.az

Milli Şura vahid namizəd təklifini RƏDD etdi – YENİLƏNİB

Milli Şura vahid namizəd təklifini RƏDD etdi – YENİLƏNİB

Aktual

7 İyun 2013, 12:03


Milli Şuranın ilk iclasında qalmaqal düşüb. Modern.az-ın məlumatına görə, iclasda çıxış edən hüquq müdafiəçisi Leyla Yunus bu gün Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi elan olunmasını tələb edib. O qeyd edib ki, bu məsələ gündəliyə əlavə edilsin.

Leyla Yunusun bu çıxışı iclasda birmənalı qarşılanmayıb.  

Hüquq müdafiəçisinin çıxışına reaksiya verən Cəmil Həsənli bildirib ki, bu məsələ sonra müzakirə olunmalıdır. 

***

Milli Şura bu günkü iclasında Leyla Yunusun vahid namizədin müəyyən olunması ilə bağlı təklifi səsə qoyulub və əksəriyyət tərəfindən təklif  qəbul edilməyib.


Aqşin Kərimov  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı