Modern.az

“Holcim” ASC yeni sement növünün istehsalına başlayır

“Holcim” ASC yeni sement növünün istehsalına başlayır

Актуально

24 İyun 2013, 18:03

“Holcim (Azərbaycan) ASC-də bu ilin ortalarında alternativ enerjidən istifadə etməklə sement istehsalına başlayacaq”. Bunu Modern.az-a Geocyle (Azərbaycan) MMC-nin direktoru Samir Agayev verib. Onun sözlərinə görə, istehsala başlanılması üçün hazırda işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəsmi icazə alınması mərhələsindədir. S. Ağayev onu da bildirib ki, yararsız təkərlərin yanacaq kimi istifadə olunması ilə təbii qazdan istifadə azalacaq və bu da ətraf mühitin qorunması üçün böyük töhfə olacaq.

“Tədricən zavodda məhsul istehsalında mavi yanacaqdan alternativ enerjiyə keçid başlayacaq. Sementin istehsalı prosesi enerji və material tələb edir. Ənənəvi olaraq, sementin əsas tərkib hissəsi olan klinkerin hazırlanması üçün mədən yanacağı və təbii xammal istifadə olunurdu. Lakin son dövrdə istehsal texnologiyasının təkamülü nəticəsində alternativ yanacaqlardan və xammaldan istifadə üçün imkanlar yarandı. Öz biznesini iqtisadi, sosial və ətraf mühit tərəfdən daha sərfəli şəkildə qurmaq məqsədilə “Holcim klinker”in istehsalı üçün qeyri-ənənəvi və ya “Alternativ yanacaq mənbəyi”dan (AYM) istifadə edir. AYM həm enerjini, həm də xammalı müəyyən tullantı növlərindən əldə etməyə imkan verir və bununla da bərpa olunmayan təbii sərvətlərin qorunması təmin olunur”.    Gültəkin ƏLƏSGƏR  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı