Modern.az

Rəşad Nəbiyev İlon Maskla görüşdü

Rəşad Nəbiyev İlon Maskla görüşdü

Aktual

11 Avqust 2023, 23:23

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev amerikalı sahibkar, “SpaceX” şirkətinin qurucusu, eks (keçmiş tviter) sosial şəbəkəsinin sahibi İlon Maskla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rəşad Nəbiyev "X" (tvitter) hesabında paylaşım edib.

 

“Tesla”nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu İlon Mask ilə görüşdük. “Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında fikir mübadiləsi apardıq”, - o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı