Modern.az

Temperatur 28 dərəcəyə enib - Faktiki hava

Temperatur 28 dərəcəyə enib - Faktiki hava

مورد توجه

21 Avqust 2023, 10:57

Milli Hidrometeorologiya Xidmətinin avqustun 21-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 20-də gündüz Lənkəran-Astara bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağıb (1 mm-dək).

 

Xidmətdən Modern.az-a verilən məlumata görə, havanın maksimal temperaturu Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-da və aran rayonlarında 37 dərəcəyədək, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.

 

Avqustun 21-23-də əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtımalı var. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı