Modern.az

Ərdoğan Paşinyanla danışacaq - Xəbərdarlıq edəcək

Ərdoğan Paşinyanla danışacaq - Xəbərdarlıq edəcək

Current

10 Sentyabr 2023, 15:19

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyan ilə sabah telefon danışığı aparacaq.

 

Modern.az xəbər verir ki, bu barədə o, G-20 sammiti çərçivəsində mətbuata açıqlamasında bildirib.

 

Ərdoğan qeyd edib ki, ermənilərin Qarabağda atdığı addımlar (qondarma prezident seçkiləri - red.) qəbuledilməzdir:

 

“Bunu Avrupa İttifaqı ölkələri də bunu qəbul etmir. Şarl Mişellə görüşümüz zamanı da onun buna mənfi yanaşdığını gördüm. Sabahki danışdığım zamanı Paşinyana xəbərdarlıq edəcəm, belə bir seçkinin qəbul edilə bilməyəcəyini nəzərə çatdıracam. İndiyədək danışırlar apardığımız dost Qərb ölkələri bu seçkiləri qəbul etmir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı