Modern.az

Nazir müavini Sabirabadda vətəndaşları qəbul edəcək

Nazir müavini Sabirabadda vətəndaşları qəbul edəcək

Aktual

11 Sentyabr 2023, 11:10

Sentyabrın 15-də kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Sabirabadda vətəndaşları qəbul edəcək.

 

Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

 

Qəbul saat 10:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.

 

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

 

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-11-54, 050-515-98-41) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı