Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Yevlax şəhərində rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələrinin görüşü keçirilir.
Modern.az saytı xəbər verir ki, görüşdə iştirak edən Qarabağ ermənilərinin 2 nəfər nümayəndəsindən birinin kimliyi dəqiqləşib. Belə ki, Xankəndidən Yevlaxa gələnlərdən biri Qarabağ separatçılarının sondarma “parlamenti”nin üzvü, “Artsax Demokratik Partiyası” adlı "fraksiyanın" rəhbəri Davit Melkumyandır.
Azərbaycanın sentyabrın 19-da Qarabağda başladığı antiterror tədbirlərindən 23 saat 43 dəqiqə sonra separatçılar təslim olduqlarını bəyan ediblər. Nəticədə Rusiya sülhməramlı kontingentinin vasitəçiliyilə antiterror tədbirləri dayandırılıb.