Modern.az

İsmayıl Qəhrəman xəstəxanaya yerləşdirilib

İsmayıl Qəhrəman xəstəxanaya yerləşdirilib

World

29 Dekabr 2016, 22:48

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman xəstəxanaya yerləşdirilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb spikerin səhhətində problem yaranması olub.

Məlumata görə, TBMM sədri müxtəlif müayinələr məqsədilə Güvən Xəstəxanasına gedib. Onun həmçinin burada müalicə olunacağı bildirilir.

Türkiyə mətbuatının məlumatında vurğulanır ki, İsmayıl Qəhrəman əvvəllər də bu xəstəxanada müalicə olunub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı