Modern.az

İŞİD-in hərbi əmiri təslim olub

İŞİD-in hərbi əmiri təslim olub

Dünya

14 Sentyabr 2017, 20:52

İŞİD-in Suriyanın Rəqqa şəhəri üzrə hərbi əmiri təslim olub. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, əmir 4 silahlı ilə  “SuriyaDemokratik Qüvvələri” adlandırılan qüvvələrə təslim olublar.    

 

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi Rayan Dilon bildirib ki, hazırda İŞİD-in bir müddət “paytaxt”ı hesab edilən  Rəqqa şəhərinin azad edilməsi uğrunda  döyüşlər davam edir.    

 

Şəhərə humanitar yardımların çatdırılması xeyli çətinləşib. Hazırda döyüşlər Rəqqanın tarixi mərkəzi hesab olunan hissəsində gedir. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı