Modern.az

Avropa Məhkəməsinin qərarlarını icra etməyən ölkələrin SİYAHISI

Avropa Məhkəməsinin qərarlarını icra etməyən ölkələrin SİYAHISI

Dünya

5 Aprel 2019, 13:26

Avropa İnsan Haqları Məhkəməsi 2018-ci ildə qərarlarının icra olunmadığı ölkələrin siyahısını açıqlayıb.

 

Modern.az xəbər verir ki, məhkəmə qərarlarından ən çox yanınan ölkələrin siyahısına Rusiya başçılıq edir. 2018-ci ildə Rusiyada 1585 məhkəmə qərarı icra olunmayıb.

Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməyən ölkələrin siyahısında Türkiyə (1237), Ukrayna (923), Rumıniya (309), Macarıstan (252), İtaliya (245), Yunanıstan (238), Bolqarıstan (208), Azərbaycan (186) və Moldova (173) daxildir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı