Modern.az

Yəmən Kosovonun müstəqilliyini tanıdı

Yəmən Kosovonun müstəqilliyini tanıdı

Dünya

12 İyun 2013, 11:01


Modern.az
xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Kosovonun müstəqilliyini tanıyan 100-cü ölkə oldu. Bu barədə Kosovonun xarici işlər naziri Ənvər Hocay məlumat verib. Yəmənin xarici işlər naziri Əbu Bəkr əl-Qurbi ilə danışdığını və Kosovonun rəsmən tanındığının təsdiqləndiyini bildirib.

Xatırladaq ki, Kosovo 2008-ci ilin fevralında Serbiyadan birtərəfli qaydada ayrılaraq müstəqillik elan edib. 2010-cu ilin iyulunda Haaqa Beynəlxalq Məhkəməsi Kosovonun müstəqillik haqqında bəyannaməsinin beynəlxalq hüquqa zidd olmadığını təsdiqləmişdi.  

Vüqar İsmayılov     
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı