Modern.az

Fransada işsizliyə görə fövqəladə vəziyyət elan olundu

Fransada işsizliyə görə fövqəladə vəziyyət elan olundu

Dünya

18 Yanvar 2016, 16:52


Fransa prezidenti Fransua Olland ölkədə fövqəladə iqtisadi vəziyyət elan edib.

Modern.az Qərb mətbuatına istinadla xəbər verir ki, prezident işsizlik problemini həll etmək üçün 2 milyard dollar vəsait ayıracağını və vergiləri artıracağını deyib.  

“İşsizlik yeganə problemdir ki, əhali üçün təhlükəsizlikdən də daha vacibdir”.  

Fransua Olland ölkədə 10% (3,6 milyon nəfər) işsizin olduğunu etiraf edib və bununla bağlı proqram hazırlandığını deyib.   “Fransız işçilərinin hazırlıq səviyyəsini və təhsilini artırmalıyıq”.    

Vüqar İsmayılov      
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı