Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki qadın saxlanılıb. DİN-dən verilən məlumata görə, Pirallahı qəsəbə sakini Fatma Əliyeva və Sumqayıt şəhər sakini Fəridə Ağaməmmədova vətəndaşlar Fatimə Əhmədovanın, Gülbuta Ağayevanın və İlhamə Sadıqzadənin çantalarından oğurluq etdukləri üçün tutulublar.