Modern.az

Məktəbli forması BAHALAŞDI

Məktəbli forması BAHALAŞDI

Ölkə

20 İyun 2016, 12:57

“Bakı Tikiş Evi”nin (BTE) tikdiyi məktəbli formasının qiyməti 8, 5 faiz bahalaşıb. Bu haqda Modern.az saytına BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov məlumat verib.

 

E. Əzimov bahalaşma labüd idi: “Çünki, dollar bahalaşdı. Biz də məktəbli formasının hazırlanması üçün düyməni, iynəni, sapı, parçanı, astarı xaricdən dollarla alırıq. Ona görə də, qiymət artımı oldu. Əslində artım heç bizə də sərf etmir”.

 

Onun sözlərinə görə, əvvəl aşağı siniflər üçün məktəbli forması dəstinin qiyməti 26-44 ölçülü məktəbli formasının (dəst) qiyməti 34 manatdan 37  manatadək bahalaşıb. Yuxarı sinif şagirdləri üçün isə 32-54 ölçülü formalar 43 manatdan 46 manatadək artıb”.

 

E.Əzimov deyib ki, ötən il tikilən formaların hamısı satılıb:

 

“Biz yeni tikməyə başlayırıq. Bizim formalar minimum 2 il geyinilir. Ona görə əvvəlcədən dəqiq say demək olmur. Artıq tikməyə başlayıblar. Biz satışın gedişinə baxacağıq. Ehtiyac olduqca tikiş davam etdiriləcək.

 

Hazırda 13 mağazamız fəaliyyət göstərir. Sumqayıt, Abşeron və Bakının bütün rayonlarında”.

 

Gülşən RAUFQIZI

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı