
Bu gün saat 13.00 radələrində Gəncədəki Aşıq Ələsgər adına 36 nömrəli orta məktəbdə güclü partlayəş baş verib. Modern.az saytının əməkdaşı xəbər verir ki, hələlik nəməlum səbəbdən baş verdiyi söylənilən hadisə nəticəsində sinif otaqları yerləyeksan olub. Xöşbəxtlikdən partlayış zamanı sinif otaqlarında müəllim və şagirdlərin olmaması tələfata və xəsarətə yol açmayıb.
Lakin sinif otaqları partlayışın zərbəsi nəticəsində invertarlarla birlikdə yarasız hala düşüb. Dərhal hadisə yerinə 4 yanğın söndürən avtomobillə gələn Gəncə şəhər Dövlət Yanğın Mühafizə İdarəsinin əməkdaşları məktəbdə araşdırmalara başlayıb.
İdarənin şöbə rəisi Mehman Hacıyevin sözlərinə görə, partlayışın belə dağıdıcı gücə malik olması və nədən baş verdiyi hələki onlarada məlum deyil. Qeyd edək ki, Gəncə şəhər Təhsil idarəsinin müdiri Mahal Əliyev də vəziyyətlə maraqlanmaq üçün hadisə yerinə gəlib.



Modern.az