Modern.az

Bakının daimi əhalisinin sayı müəyyənləşib

Bakının daimi əhalisinin sayı müəyyənləşib

Ölkə

25 Yanvar 2011, 12:54


Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilən əhalinin sonuncu siyahıyaalınması nəticəsində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində daimi əhalinin rəsmi sayı də müəyyənləşib. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2009-cu ilin aprelində aparılan siyahıyaalınmadan sonra Bakı şəhərinin daimi əhalisinin 2 milyon 45 min 815 nəfər olduğu dəqiqləşib.
Bunlardan 1 milyon 12 min 177 nəfəri kişi, 1 milyon 33 min 638 nəfəri isə qadındır. Bakıda hər 1000 kişiyə düşən qadınların sayı isə 1021,2 nəfərdir. Bakı şəhərinin 11 rayonu üzrə bu göstəricilər müxtəlifdir.

Bakıda ən çox daimi  əhalisi olan rayon Xətai rayonudur. Beləki Xətai rayonunda daimi əhalinin sayı 244 min 841 nəfərdir. Bunun da 121 min 325-i qadın, 123 min 516-sı isə kişidi. Bu rayonda hər min kişiyə düşən qadınların sayı 1018,1 nəfərdir.

Paytaxtda daimi əhalisinin sayı ən az olan rayon Səbail rayonudu. Səbail rayonun daimi əhalisinin sayı 90 min 238 nəfərdir. Bunlardan 43 min 930 nəfəri kişi, 46 min 308 nəfəri isə qadındır. Bu rayonda hər 1000 kişiyə düşən qadınların sayı 1054,1 nəfərdir.

Bakı şəhərinin digər rayonlarında daimi əhali ilə bağlı göstəricilər belədir.

Binəqədi rayonu daimi əhalisinin sayına görə ikinci yerdə durur. Binəqədidə 238 min 531 nəfər daimi əhali siyahıya alınıb. Bunlardan 119 min 432 nəfəri kişi, 119 min 099 nəfəri isə qadındır. Bu rayonda hər 1000 kişiyə düşən qadınların sayı 997,2 nəfərdir.

Xəzər rayonunda daimi əhalinin sayı 168 min 732 nəfər təşkil edir. Bunlardan da 86 min 036 nəfəri kişi, 82 min 696 nəfəri isə qadındır. Xəzər rayonunda hər 1000 kişiyə 961,2 nəfər qadın düşür.

Qaradağ rayonunda daimi əhalinin sayı 107 min 358 nəfərdi, bunların 54 min 101 nəfəri kişi, 53 min 257 nəfəri isə qadındır. Bu rayonda hər 1000 kişiyə düşən qadınların sayı 984,4 nəfər təşkil edir.

Nərimanov rayonunda daimi əhalinin sayı 161 min 162 nəfər olub. Bu rayonda daimi əhalinin 79 min 169 nəfəri kişi, 81 min 993 nəfəri qadındır. Nərimanov rayonunda hər 1000 kişiyə 1035,7 qadın düşür.

Nəsimi rayonunda daimi əhalinin sayı 208 min 132 nəfər olub. Daimi əhalinin 102 min 872 nəfəri kişi, 105 min 260 nəfəri isə qadındı. Bu rayonda hər 1000 kişiyə 1023,2 nəfər qadın düşür.

Nizami rayonunda siyahıyaalınma nəticəsində daimi əhalinin sayı isə 177 min 786 nəfər olub. Burada daimi əhalinin 87 min 503-ü kişi, 90 min 283-ü qadındır. Daimi əhalinin sayına görə isə hər 1000 kişiyə 1031,8 nəfər qadın düşür.

Sabunçu rayonunda daimi əhalini sayı 220 min 469 nəfərdir. Sabunçuda daimi əhalinin 109 min 789 nəfərini kişi, 110 min 707 nəfərini isə qadınlar təşkil edib. Bu rayonda hər 1000 kişiyə 1008,4 nəfər qadın düşür.

Suraxanı rayonunda daimi əhalinin sayı 196 min 608 nəfər təşkil edib. Bu rayonda daimi əhalinin 96 min 394 nəfərini kişilər, 100 min 214 nəfərini isə qadınlar təşkil edir. Suraxanıda hər 1000 kişiyə düşən qadınların sayı 1039, 6 nəfərdir.

Yasamal rayonunda daimi əhalinin sayı 231 min 931 nəfər olub. Bu rayonda daimi əhalinin 111 min 626 nəfəri kişilər, 120 min 305 nəfəri isə qadınlardır. Yasamalda  hər 1000 kişiyə 1077,8 qadın düşür.

Qeyd edək ki, bu göstəricilər 2009-cu ilin aprelində həyata keçirilən sonuncu siyahıyalınmanın nəticəsidir. Saylarda indiyə yəqniki cüzi dəyişiklik ola bilər.

Mail Ağaxanov      

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı